Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antoniu Quterreş,  yazılı bir şərhində, Ramazan ayının başlaması ilə əlaqədar müsəlman icmasına bir mesaj göndərib.

Unikal.org xəbər verir ki, BMT baş katibi Quterreş mesajı paylaşaraq “Müqəddəs Ramazan ayının başlanğıcı kimi bütün dünyadakı milyonlarla müsəlmana səmimi arzularımı təqdim edirəm. Əlbətdə çox fərqli bir Ramazan olacaq. Bir çox kollektiv fəaliyyət təbii olaraq COVID-19 püskürməsinə qarşı görülən tədbirlərdən təsirlənəcəkdir” deyə bildirib.

Bir çox insanın Ramazan ayına müharibələrin kölgəsi altında girdiyini vurğulayan Quterreş, Quranın sülh ayələrini xatırladıb və qlobal atəşkəsə çağırıb. Bəşəriyyətin ümumi düşməni olan virusa qarşı müharibənin aparılmasının lazım olduğunu bildirib.

Quterreş, epidemiya ilə mübarizədə insan haqlarının pozulmasına dair hesabatını da açıqlayıb.

İqtisadi və sosial böhrana səbəb olan epidemiyanın tez bir zamanda insan hüquqları böhranına çevrildiyini xəbərdar edən Quterreş, “Təhdidin insan deyil, virus olduğunu unutma” deyə fikir söyləyib.

İnsan hüquqlarının böhran dövrlərində geridə qalacaq bir məsələ olmadığını və insanların da diqqət mərkəzində olmasını ifadə edən Quterreş, epidemiya səbəbi ilə nifrət nitqinin artdığını, həssas qrupların hədəfə alındığını və sərt təhlükəsizlik tədbirlərinin tətbiq olunduğunu diqqətə çatdırıb.

Populizm və avtoritar hökumətlərin də artdığını, bəzi ölkələrdə insan haqlarının geri getdiyini və epidemiya bəhanəsi ilə təzyiq tədbirlərinin görüldüyünü vurğulayanQuterreş, “Hökumətlər həmişəkindən daha şəffaf, həssas və hesabatlı olmalıdır. Vətəndaş cəmiyyəti və mətbuat azadlığı çox vacibdir” fikrini bildirib.

Təcili tədbirlərin qanuni, mütənasib, ayrı-seçkilik edilməməsi və müəyyən bir məqsəd və müddətə yönəldilməsinin lazım olduğunu deyən Quterreş, bu müddətdə insan hüquqlarının qorunmasına çağırıb.