Konqo Demokratik Respublikasının (KDC) şimal-qərbindəki Albert gölündə həddindən artıq yüklənmiş gəmi bataraq 12 nəfərin həyatına son qoyub.

Unikal.org Milli mətbuatda yer alan xəbərlərə istinadən məlumat verir ki, Ituri əyalətinin Djugu bölgəsinin meneceri Alingi Akuba, gecə Albert gölü yaxınlığında bir balıqçı gəmisinin batdığını, batma səbəbini 17 nəfər və həddindən artıq yüklü olduğunu açıqlayıb.

Hadisədə 12 nəfərin həyatını itirdiyini və 5 nəfərin sağ qaldığını bildirən Akuba, təmirsiz gəminin həddən artıq yükləndiyi üçün batdığını söyləyib.

Qeyd edək ki, tropik iqlimi səbəbiylə böyük meşə sahələri və çoxlu çay və göl olan KDC, böyük şəhərlərdən kənarda bir yol şəbəkəsinə sahib deyil.

İnsanlar Konqo Hövzəsini əhatə edən çay və göllərə nəqliyyat üçün üstünlük versələr də, köhnə və baxımsız gəmilərin gücü və yükündən daha çox daşıması səbəbindən ölümcül hadisələr baş verir.