Koronavirus tədbirləri çərçivəsində aprelin 26-da başa çatması planlaşdırılan Banqladeşdə komendant saatı mayın 5-dək uzadılıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Banqladeş Dövlət İdarəçiliyinə Məsul Dövlət Naziri Ferhad Hüseyin, 26 Apreldə sona çatması planlaşdırılan qadağanın mayın 5-dək davam edəcəyini açıqlayıb.

165 milyon əhalisi olan ölkədə ilk yoluxmanın göründüyü 8 Martdan bəri, 32 min 674 adam koronavirus testdindən keçib.

İndiyə qədər ölkədə 3 min 777 yoluxma halı aşkar edilib, virus səbəbindən 120 nəfər isə həyatını itirib.