ABŞ-ın ən böyük ştatlarından olan Nyu-Yorkda  yeni bir növ koronavirus səbəbiylə ölümlər azalmağa başlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Mətbuat konfransında Nyu-York valisi Andrev Cuomo, ştatdakı koronavirusa yoluxanlarının  sayının artmasına baxmayaraq ölüm və xəstəxanaya yerləşdirmə nisbətlərinin azaldığını bildirib.

Nyu-Yorkdakı yoluxanların sayının 250 mini keçdiyini, virus səbəbiylə ölənlərin sayının 15 mini keçdiyini qeyd edən Cuomo, son 24 saatda 474 insanın öldüyü barədə məlumat paylaşıb.
Belə ki, Cuomo, “Ştatdakı ölümlər bir az düşmüş görünür” deyə şərhində bildirib.

Həmçinin də, Nyu-Yorkun keçmiş bələdiyyə başçısı milyarder iş adamı Mayk Bloombergin sınaq, izləmə və təcrid proqramı üçün 10 milyon dollar yardım edəcəyini bildirən Cuomo, tibbi ləvazimat istehsalında ABŞ-ın Çindən tamamilə asılı olduğu “dəlilik” olduğunu bildirib.

Qeyd edək ki, Johns Hopkins Universitetinin paylaşdığı məlumatlara görə ABŞ-da Kovid-19 virusuna yoluxanların sayı 830 min 789-a çatıb, 45 min 638 adam isə virus səbəbiylə həyatını itirib.