Almaniyanın Robert Koch İnstitutuna görə, ölkədə koronavirusa yoluxanların sayı 148 min 46-ya yüksəlib.

Unikal.org Alman mətbuatına istinadən xəbər verir ki, Almaniyanın Robert Koch İnstitutu tərəfindən yayımlanan koronavirus hesabatına görə, son 24 saat ərzində ölkədə 2352 nəfərdən çox insanda koronavirus  aşkar edilib.

Beləliklə, Almaniyada virusa yoluxanların sayı 148 min 46-ya, ölənlərin sayı isə 5 min 94-ə çatıb.