Ukraynada son 24 saatda 578 nəfərdə koronavirus aşkarlanıb.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, Ukraynada koronavirusa yoluxma faktlarının sayı 7 min 170-ə çatıb.
Belə ki, son bir gündə koronavirusdan ölənlərin sayı 13 artaraq, ümumi ölənlərin sayı 187 nəfərə yüksəlib.