Ermənistanda daha 50 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 1 523-ə çatıb. 24 nəfər ölüb.

Bildirilib ki, indiyədək 659 nəfər virusdan sağalıb.

Qeyd edək ki, aprelin 22-nə olan məlumata görə, ölkədə bir gündə 72 yoluxma faktı qeydə alınmışdı.