Şərqi Afrika ölkələrindən olan Keniyanın  şimal-qərbində, güclü yağışlar səbəbiylə sürüşmə nəticəsində 15 nəfər ölüb, 22 nəfər isı itkin düşüb.

Unikal.org Milli KİV-lərin məlumatınaistinadən xəbər verir ki,  ölkənin Qərbi Pokot-Elgeyo Marakveet sərhədində saatlarla davam edən güclü yağış torpaq sürüşməsinə səbəb olub.

15 nəfərin həyatını itirdiyi, 22 nəfərin itkin düşdüyü və 4 minə yaxın insan didərgin fəlakət səbəbiylə yaşadığı ərazidən düşüb.

Səlahiyyətlilər bölgədə axtarış və xilasetmə işlərinin davam etdiyini söyləyib. Tropik iqlim zonasında olan ölkədə orta illik yağıntının miqdarı bölgəyə görə dəyişir.

Qeyd edək ki, Keniyada keçən il sürüşmə nəticəsində ən azı 65 nəfər ölmüşdü.