Rusiyada son bir gündə 4 774 nəfərə koronavirus diaqnozu qoyulub.

Unikal.org xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb. Bununla da Rusiyada yoluxanların sayı 62 773 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə 42 artaraq 555-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 4 891 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb - 1959.