Almaniya kansleri Angela Merkel ölkəsinin koronavirus epidemiyasının başlanğıcında olduğunu və bununla uzun müddət yaşamalı olduqlarını söyləyib.

Unikal.org Alman mətbuatına istinadən xəbər verir ki, Bundestaq Parlamentində çıxış edən Almaniya kansleri Merkel, Almaniyanın hələ də koronavirus epidemiyasının başında olduğunu və bununla uzun müddət yaşamalı olacaqlarını qeyd edib.

“Epidemiyanın başındayıq, ancaq vaxt qazandıq. Vəziyyət çox ciddidir. Ölkəyə uğurla çatmaq Avropa kimi bir yerdə olmağımızdan asılıdır. Virusu aradan qaldırmadan gündəlik həyatımıza qayıda bilmərik” deyə Merkel səhiyyə sistemindən yaxşı istifadə edildiyini izah edib.

Almaniyanın Robert Koch İnstitutu tərəfindən yayımlanan koronavirus hesabatına görə, son 24 saat ərzində ölkədə 2352 nəfərdən çox insanda koronavirus aşkar edilib.

Qeyd edək ki, Almaniyada  yoluxanların  sayı 148 min 46-ya, ölənlərin sayı isə 5 min 94-ə çatıb.