İranda xüsusi təlim təyyarəsinin düşməsi nəticəsində iki nəfər həyatını itirib.
Unikal.org İran mətbuatına istinadən xəbər verir ki, İranın Mazenderan əyalətindəki Selmanşehrdə xüsusi təlim təyyarəsi Selmanşehr kəndində qəzaya uğrayıb.
Təyyarədə olan 2 nəfərin öldüyü bildirilib və qəzanın səbəbləri haqqında məlumat verilməyib.