İranda yeni növ koronavirusa (COVID-19) qarşı tədbirlər çərçivəsində bağlanan park və bağlar təxminən bir aydan sonra yenidən açılıb.

Unikal.org İranın rəsmi İRNA agentliyinin verdiyi xəbərə istinadən məlumat verir ki,  daxili işlər nazirinin müavini Hüseyin Zülfikari Milli Antikorrupsiya İdarə Heyətinin razılığı ilə bəzi məhdudiyyətlərin qaldırıldığını açıqlayıb.

Keçən ay epidemiya tədbirləri çərçivəsində bağlanmış park və bağçaların sağlamlıq qaydalarına əməl olunması şərtilə yenidən açılacağını bildirən Zülfikari, “Bu günə qədər koronavirus  xəstəliyi azalma prosesinə girib. Bu, görülən tədbirlərin əhəmiyyətini və insanların əməkdaşlığını göstərir” deyə şərh edib.

Zülfikarinin elanından sonra, bir aylıq fasilədən sonra paytaxt Tehrandakı park və bağlar yenidən açılıb.

Qeyd edək k, epidemiya səbəbiylə 5 mindən çox insanın həyatını itirdiyi İranda son günlərdə virus səbəbiylə gündəlik itkilər 100-dən aşağı düşüb. Yoluxanların sayının azalması prosesi də son bir həftə ərzində başlamışdır.

Bunun əksinə olaraq, səlahiyyətlilər xəbərdarlıq edirlər ki, məhdud sınaq imkanları səbəbindən ölkədə yoluxanların sayı rəsmi rəqəmlərdən daha çox ola bilər. Parlament Tədqiqat Mərkəzinin hesabatına görə, Tehran İl Məclisinin sədri Muhsin Haşimi də ölkədə COVID-19-dan ölənlərin sayının rəsmi rəqəmlərdən çox olduğunu açıqlayıb.

İranda keçən həftədən etibarən COVID-19-a qarşı tədbirlər qismən rahatlandı. Bazar ertəsi günü şəhərlərarası səyahətə bir ay sonra icazə verildi və bir çox aşağı riskli müəssisələr də yenidən fəaliyyət göstərdilər.

Ölkədə COVID-19-a qarşı daha sərt tədbirlərin görülməsini təklif edən mütəxəssislər, tədbirlərin boşaldılmasının virusun daha çox yayılacağına dair narahatlıq gətirdiyini söyləyirlər.