Almaniyada son 24 saatda COVID-19 səbəbiylə daha  110 nəfər həyatını itirib.

Unikal.org xəbər verir ki,  son sutkada koronavirus pandemiyasından daha 110 nəfər həyatını itirərək, ümumi ölü sayı 5 min 976-ya, ölkədəki yoluxanların ümumi sayı isə  157 min 770-ə çatıb.

Bildirək ki, Almaniyada reanimasiya müalicəsi alan xəstələrin sayı 2 min 425-dir, onlardan 757-i tənəffüs dəstəyinə bağlıdır.

Qeyd edək ki, bu gündən etibarən maska istifadə etmək öhdəliyi ölkə daxilində başlanıb. Maska taxmayanlar bəzi ştatlarda 10 avro, digərlərində isə 150 avro cərimə ediləcəklər.