Türkiyənin Qırıqqala ərazisində dəhşətli ölüm hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, 74 yaşlı Yakup Koşan adlı şəxs 4.5 metr dərinlikdə olan su quyusuna düşən itini xilas etmək üçün quyuya girib.
Daha sonra su quyusuna düşən itini xilas etmək istəyən 74 yaşındakı Yakup Koşan, iplə girdiyi su quyusundan çıxa bilməyib. Hadisə yerinə tibb işçiləri və yanğınsöndürənlər cəlb olunub.
Xilasetmə işlərindən sonra Yakup Koşanın və itinin cansız cəsədləri quyudan çıxardılıb. Hadisə ilə əlaqədar polis istintaqı davam edir.