Rusiyada son 24 saat ərzində 10 min 581 nəfərə koronavirus (COVID-19) diaqnozu qoyulub.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya səlahiyyətlilərinin verdiyi açıqlamaya görə, son 24 saat ərzində ölkənin COVID-19 pandemiyasına yoluxanların sayı 10 min 581 nəfərə yüksəlib.
Beləliklə, ümumi yoluxanların sayının 145 min 268-ə çatdığı ölkədə, son sutkada daha 76 nəfər həyatını itirərək, ümumi itki sayı 356 minə çatıb.
Qeyd edək ki, sağalmış insanların sayı 456 min artaraq 18 min 95-ə çatdığı bildirilib.Həmçinin də, ölkədə 210 min insan müşahidə altında saxlanılır.