Martın ortalarından etibarən bəri Yeni Zelandiyada yeni növ koronavirus (COVID-19)  pandemiyasına rast gəlinməyib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Yeni Zelandiya “Herald”ın hesabatına görə, Yeni Zelandiyada ilk dəfə təqribən 50 gün ərzində sınaqlar nəticəsində yeni COVID-19 hadisəsi aşkar edilməyib.

Yeni Zelandiya Sağlamlıq Müdiri Dr. Ashley Bloomfield, etdiyi şərhdə, yeni bir COVID-19 hadisəsinin tapılmadığını və yoluxanaların ümumi sayının dünəndə olduğu kimi qaldığını söyləyib.

Həmçinin də, Bloomfield, nəticənin “bir qeyd səbəbi və bütün ölkənin səylərinin simvolu” olduğunu qeyd edib.

Xatırladaq ki, Yeni Zelandiyada bu günə qədər 487 yeni növ koronavirus yoluxma halına rast gəlinib, virus səbəbindən 20 nəfərhəyatını itirib, 276 nəfər isə tam sağalıb.

Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern aprelin 27-də ölkəsinin yeni növ koronavirusa (COVID-19) qarşı müharibəsini  “qazandığını” bildirmişdi.