Bakıda dövlət məmurunun oğurlanan velosipedi bir ildir ki, tapılmır.

Unikal.org-a müraciət edən Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə küçəsi 11 ünvanında yaşayan, adının açıqlanmasını istəməyən vətəndaş bildirir ki, 22 may 2019-cu il tarixdə "Volf" markalı sürətötürücülü velosipedi oğurlanıb. Oğrunun hansı istiqamətdə gəlməsi və hadisə binada olan təhlükəsizlik kamerasına düşüb.
Vətəndaş ərizə ilə Yasamal RPİ-nin 29-cu bölməsinə müraciət edib. O, görüntüləri və fotoları polisə təqdim edib. Buna baxmayaraq bir ildir ki, polis həmin oğurluq hadisəsi törədən şəxsin kimliyini müəyyənləşdirə bilmir.

Vətəndaş oğrunun tapılması üçün Daxili İşlər Nazirliyinin rəhbərliyindən kömək istəyir.