Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) oyun qaydalarında müvəqqəti dəyişikliklər edib.
Unikal.org-un məlumatına görə, bunlar koronavirus pandemiyası üzündən dayandırılan turnirlərin 2020-ci il dekabrın 31-dək keçiriləcək oyunlarına tətbiq ediləcək.
Bu müddətdə komandalara 5 əvəzetmə hüququ veriləcək. Bunlar 3 dəfəyə gerçəkləşməlidir. Həmçinin fasilədə dəyişiklik etmək mümkündür.
Əlavə vaxtın oynanıldığı matçlarda bu rəqəm 6-ya yüksələ bilər. Bu, həmin turnirdə əlavə əvəzetməyə öncədən icazə verildiyi hallarda mümkün olacaq.
Qeyd edək ki, FİFA tərəfindən irəli sürülən bu təklif futbolçuların sağlamlığını qorumaq məqsədi daşıyır.