Rusiyanın paytaxtı Moskvadan Soçi şəhərinə gələn və koronavirus testi müsbət çıxan qadın xəstəxanadan qaçıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Krasnodar diyarının əməliyyat qərargahı məlumat yayıb.

Məlumatda, 28 yaşlı qadın Soçiyə aprelin 25-də Moskvadan gəlib və xəstəxanaya yerləşdirilib. 5 mayda koronavirus testi müsbət çıxıb. Qadın Soçi şəhər 2 nömrəli yoluxucu xəstəliklər xəstəxanasına köçürülüb. Xəstənin vəziyyəti qənaətbəxş olub.

Lakin mayın 8-dən 9-na keçən gecə o, tibb müəssisəsinin ətrafında quraşdırılmış beton hasarın üstünə çıxaraq xəstəxananın ərazisini tərk edib. 

Hal-hazırda qadın başqalarının sağlamlığı üçün təhlükə yaratdığına görə polis tərəfindən axtarılır.