İsraildə yeni növ koronavirusun (COVID-19) pandemiyasına yoluxanların və ölənlərin sayında artım müşahidə olunub.
Unikal.org xəbər verir ki, Səhiyyə Nazirliyinin yazılı açıqlamasında, son sutkada COVID-19 diaqnozu qoyulan daha 5 xəstənin öldüyü bildirilib.
Bununla da, can itkisi 252-yə ,son 24 saat ərzində yoluxma halların sayı isə 23 nəfər artaraq 16 min 477-yə yüksəlib.
Açıqlamada, xəstələrin 74-ünün vəziyyətinin ağır olduğu və 11 min 430 adamın sağaldığı bildirilib.