ABŞ-ın Texas ştatında, Fort-Uert şəhərində atışma baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Fort-Uert şəhərinin Texas parkında baş vermiş atışma nəticəsində azı 5 nəfər xəsarət alıb.

Hadisə şahidlərinin sözlərinə görə, parkda həmin vaxt atəşfəşanlıq keçirilib. Qısa müddət sonra isə atışma baş verib.

Həmin vaxt parkda təxminən 600 nəfər olub.  Polis hadisənin detalları ilə bağlı araşdırma aparır.