Bu gündən etibartən Gürcüstanın paytaxtı Tbilisidə bəzi qadağalar aradan qaldırılıb. Belə ki, paytaxta avtomobillə giriş-çıxışa qoyulan qadağa götürülüb. 

Unikal.org Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu gündən həmçinin, paytaxta bütün istiqamətlərdən sərbəst səyahət etmək mümkündür. 

Bundan əlavə, Gürcüstanda bütün növ istehsal müəssisələri, küçədən ayrıca girişi olan hər cür pərakəndə və topdansatış mağazaları fəaliyyətlərini bərpa edib. İstisna yalnız geyim və ayaqqabı mağazalarına edilib.