Hindistanın keçmiş Baş naziri, 87 yaşlı Manmohan Sinqh Nyu Delinin Bütün Hindistan Tibb Elmləri İnstitutundakı xəstəxanaya yerləşdirilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı bildirib.

Məlumata əsasən, keçmiş baş həkim daimi tibbi nəzarət altında olduğu koronar şöbəyə yerləşdirilib

M.Sinqhin vəziyyəti barədə ətraflı məlumat verilməyib. Manmohan Sinqh ardıcıl iki müddət ərzində (2004-cü ilin mayından 2014-cü ilin may ayına qədər) Baş Nazir vəzifəsini icra edirdi.