Türkiyədə koronavirus pandemiyası səbəbiylə 65 yaşdan yuxarı şəxslərə 4 saatlıq çölə çıxma icazəsi tətbiq olunub.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Antaliya şəhərində 65 yaşlı şəxs ona verilən icazəni dənizə girməklə dəyərləndirib.
Belə ki, çimərliyinə gələn yaşlı şəxs paltarlarını soyunmağa başlayıb. Bir müddət sonra yalnız şort geyinmiş adam dənizə girib. Komendant saatın bu şəkildə dəyərləndirən, yaşlı şəxs sonradan paltarını geyərək ərazidən uzaqlaşıb.