Mərkəzi Afrika ölkəsi Çadın paytaxt şəhəri Enceminedə, koronavirusun yeni növlərinə (Kovid-19) qarşı mübarizə çərçivəsində 2 həftə müddətində karantin tədbirləri tətbiq olunub. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Hökumətdən edilən açıqlamada, Covid-19 yayılmasının qarşısını almaq üçün paytaxt Encemineye 2 həftə müddətində karantinə alınıb. 

Bu dövrdə yük və qida məhsulları daşıyanlardan başqa nəqliyyat vasitələrinin paytaxta giriş-çıxışı, şəhərlərarası ağır səyahət də qadağan edilib. 


Qeyd edək ki, Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (Afrika CDC) verdiyi son məlumatlara görə, Çadda  koronavirusdan 322 yoluxma və  31 ölüm halı qeydə alınıb.