Azərbaycanda “COVİD-19” virusuna yoluxma halı ən çox paytaxt ərazisində müşahidə olunub: 47,8%.

Unikal.org-un verdiyi xəbərə görə, bu barədə məlumatı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı mətbuat konfransında verib.

Onun sözlərinə görə, Gəncə-Qazaxda 13,0%, Aran bölgəsində 10,3%, Lənkəranda 10,2%, ölkə xaricində 7,7%, Abşeronda 5,7%, Quba-Xaçmazda 1,5%, Şəki-Zaqatalada 0,5%, Dağlıq Şirvanda 0,9%, Yuxarı Qarabağda 0,9%, Naxçıvanda isə 0,1% yoluxma faktı müəyyən olunub.

Paytaxt rayonlarına nəzər saldıqda isə, koronavirusa yoluxma halı ən çox Yasamal rayonunda, (17%) ən az isə Pirallahıda (0.6%) qeydə alınıb. Bundan başqa, Binəqədidə 10,5%, Nəsimidə 15,8%, Nərimanovda 9,4%, Xətaidə 1,3%, Səbaildə 1%, Nizamidə 5%, Suraxanıda 5,5%, Qaradağda 9,5% və son olaraq Sabunçuda 14% yoluxma faktı qeydə alınıb.