Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Müseyibli Kamran Rahib oğlu və 1988-ci il təvəllüdlü Sayadov Vasif Nadir oğlu xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. K.Müseyibliyə döş qəfəsinin küt travması, V.Sayadova isə kəllə-beyin travması diaqnozu qoyulub. Hər iki şəxs reanimasiyaya yerləşdirilib.