Koronavirus pandemiyası ilə əlaqədar çəkilişləri dayandırılan “Çukur” serialı ilə bağlı yeni qərar verilib.
Unikal.org türk mətbuatına istinadən xəbər verir ki, ekran işinin çəkilişini həyata keçirən “Ay yapım” mövsüm finalı etdiklərini bildirib.
Baş rollarında Perihan Savaş, Aras Bulut İynemli, Erkan Koçak Köstendilin oynadığı serialın dördüncü mövsümünün çəkilişləri iyulun sonunda başlayacaq.