Almaniya Bundesliqasının XXVI turunda "Borussiya" (Dortmund) "Şalke"yə 4:0 hesabı ilə qalib gəlib.
Unikal.org xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Lüsyen Favr qələbəni şərh edib:
"Şalke"yə qalib gəlmək yaxşı nəticədir. Komanda olaraq həm müdafiədə, həm də hücumda yaxşı oynadıq. Bu, çox özəl bir qalibiyyət oldu. Qol vurursunuz, ötürmə edirsiniz, topu itirirsiniz, amma heç bir reaksiya görmürsünüz. Boş stadionda oynamaq çox qəribə hissdir. Azarkeşlərimiz üçün çox darıxmışıq".