Karantin məhdudiyyətlərinin tədricən ləğv olunduğu Yunanıstanda bir sıra tarixi abidələr də insanların ziyarəti üçün açılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, epidemiyadan sonra normallaşma prosesini sürətləndirən ölkə rəhbərliyi bütün açıq hava arxeoloji yerlərinin, xüsusən də Afinanın simvolu olan Akropolun yenidən açıldığını elan edib.

Prezident Yekaterini Sakellaropulunun və Mədəniyyət naziri Lina Mendoninin də iştirak etdiyi açılış mərasimində bütün iştirakçılar və jurnalistlər maska taxıb və sosial məsafə qaydalarına riayət ediblər.

Qeyd edək ki, Yunanıstanın Afina şəhərində yerləşən 3 min illik tarixə malik Akropol açıq hava muzeyini hər il 3 milyona yaxın insan ziyarət edir.