İspaniyanın "Atletik" klubunun hücumçusu Aritz Aduriz karyerasını başa vurub.

Unikal.org xəbər verir ki, bu barədə Bilbao təmsilçisinin rəsmi saytında məlumat verilib. Onun bu addımı atmasına səbəb zədələnməsi olub.

Qeyd edək ki, 39 yaşlı məşhur hücumçu Bilbao təmsilçisində 21-ci əsrin ən yaxşı bombardiri adına layiq görülüb. İspaniyalı oyunçu 407 matçda iştirak edib, 172 qol vurub.