Afrika musiqisinin dünyada tanınmasınad böyük rol oynayan müğənni Mori Kante dünyasını dəyişib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, "Yeke Yeke" mahnısının müəllifi olan Qvineyalı sənətçi 70 yaşında vəfat edib. Onun oğlu tərəfindən edilən açıqlamada atasının paytaxt Konakridə xəstəxanaların birində öldüyü bildirilib.
Qeyd edək ki, Mori Kantenin xroniki və müalicəsi olmayan ürək problemləri var idi.