"Bəzən elə problemlərin olar ki, bilənləri ayaqda saxlamaq üçün sənə təsir etmədiyi rolu alıb gülə-gülə daşıyarsan".
Unikal.org xəbər verir ki, bu sözləri meyxanaçə Namiq Qaraçuxurlu İnstaqram səhifəsində yazıb. Problemlərdən danışan sənətçi bunları qeyd edib:
"Bilməyənlərin problemlərin dinləyərsən, “özüm səndən betərəm” deməmək üçün susarsan... "Bir şey edə bilmədiyin" qınağıyla yaşıyarsan və bu gücunlə fəxr eləyərsən. Xoşbəxt olmağa daha çox səbəb varkən qəmlənməyə nə lüzum var ki... Hər halımıza şükür... Allah cəmi xəstələrə şəfa versin, betərindən qorusun".