Show TV-də yayımlanan “Kuzey Yıldızı: İlk Aşk” serialında Fatimə rolunu canlandıran aktrisa Yasemin Hadivet hər kəsi təəccübləndirəcək addım atıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktrisa çəkilişləri Orduda aparılan ekran işi ilə yollarını ayırıb. O, buna səbəb kimi pişiyini saxlamağa kimsənin olmamasını, o bulda tək qoya bilməməsini göstərib.
Bununla da Y. Hadivet 27-ci bölümdən sonra tamaşaçı qarşısına çıxmayacaq.
İnstaqramda pişiyi ilə fotosunu paylaşan aktrisa 6 ildir Minnoş adlı pişiyi ilə birlikdə yaşadığını, onu etibar edəcək məsuliyyətli birinin olmadığını qeyd edib.