Dünyaca məşhur rejissor Kristofer Nolan yeni çəkdiyi "Dovod" filmində əsl “Boinq 747” təyyarəsini partladıb.
Unikal.org xəbər verir ki, səhnəni real alınması üçün bu addımı atan Nolan kompyüter qraffikası ilə həmin epizodu yaratmağın daha baha qiymətə başa gəldiyini bildirib. Film üçün istifadə olunan “Boinq” isə Cənubi Kaliforniyadakı təyyarə qəbiristanlığından tapılıb.
Qeyd edək ki, ekran işinin büdcəsi 205 milyon dollar təşkil edib.