İsrailin Azərbaycan planı
03:25 31-03-2012
İQTİSADİYYAT
İsrailin Azərbaycan planı
Azərbaycan hədəfə gətirilir
Son günlər Azərbaycan-İran münasibətlərində yeni gərginlik formalaşdırılmaqdadır. Bu dəfə məsələ deyəsən daha ciddi olacaq. Çünki bu dəfə Azərbaycan daha ciddi məsələlərdə ittiham edilir. Belə ki, Amerikanın aparıcı mətbuat orqanlarından biri olan "Foreign Policy" online dərgisi iddia edir ki, Azərbaycan İsrailə hərbi baza verib.
"Foreign Policy" yazır ki, Amerikanın 4 diplomat və hərbi kəşfiyyat əməkdaşları deyirlər ki, İsrail İranın şimalında özünə aviabazaya giriş imkanı əldə edib. "Hansı məqsədlə? Cavab tam olaraq aydın deyil. "İsraillilər bir hava limanı satın alıblar", deyə yüksək çinli məmurlardan biri mənə fevralda bu barədə bildirib və əlavə edib ki, "hava limanı Azərbaycan adlanır".
Məqalə müəllifli Mark Perry yazır ki, Azərbaycanın İsraillə hərbi əməkdaşlığı ancaq İranı qıcıqlandırmır. Bu yaxınlaşmadan Türkiyə və ABŞ da narahatdırlar. "Biz İranın addımlarını yaxından izləyirik", yazıda ABŞ-ın xüsusi xidmətlərindəki mənbədən sitat gətirilir, - "lakin biz indi İsrailin Azərbaycandakı fəaliyyətini də izləyirik. Və deyim ki, gördüklərimiz xüsusi erəkaşan deyil".
Öz mənbələrinə istinadən FP yazır ki, İsarilin Azərbaycandakı hərbi nüfuzu ilə bağlı ABŞ-ın xüsusi orqanlarında getdikcə artan təşviş var. Bu vəziyyət, İranla İsaril arasındakı gərginliyi zəiflətmək istəyən ABŞ diplomatlarının işini çətinləşdirir. "Mənə danışırdılar ki, hərbi planlaşdırma mütəxəssisləri indi mümkün müharibə ssenarilərini nəzərdən keçirərkən İran körfəzi ilə məhdudlaşmır, Qafqazın da hadisələrin çoğrafiyasına daxil olacağı varintı da nəzərdən keçirilər". Ekspertlər hesab edir ki, bu məqalə təsadüfdən yazılmayıb və əsas məqsəd İranla Azərbaycan münasibətlərini daha da gərginləşdirməkdir. Maraqlıdır, ABŞ və İsrail iki ölkə münasibətlərinin gərginləşməsində nəyə görə maraqlı olmalıdır? Bu suala ekspertlər bir neçə arqumentlə cavab verirlər.
Blokadanı
gücləndirmək marağı
Müşahidəçilər bildirir ki, artıq bir ildən çoxdur ki, İran ciddi iqtisadi sanksiyalara məruz qalıb və demək olar ki, İran iqtisadiyyatı hazırda çöküş ərəfəsindədir. Bundan başqa aydın olub ki, İran bankları ciddi şəkildə nəqd pul problemi ilə üz-üzə qalıblar. Bu isə o deməkdir ki, İran iqtisadiyyatı daha da pisləşəcək və sosial partlayış üçün stimul rolunu oynayacaq. Belə bir ərəfədə Azərbaycanında blokada da rolu kifayət qədər artmış olacaq. Hazırda İran Azərbaycandan tranzit ölkə olaraq istifadə edir və bu yol İranın əlindən çıxarsa çöküş daha da sürətlənəcək. Elə bu səbəbdən İsrail kəşfiyyatının sədr müavini prezident İlham Əliyevlə görüşəndə İrana qarşı sanksiyalarda Azərbaycanı daha aktiv olmağa çağırdı. Beləliklə aydın olur ki, ABŞ və İsrail süni şəkildə İranla Azərbaycan münasibətlərini gərginləşdirərək Azərbaycanı sanksiyalarda aktiv olmağa təhrik edir.
Bölgədə qarşıdurma
yaratma marağı
Müşahidəçilər bunu da bildirir ki, İran Azərbaycan münasibətlərinin gərginləşdirilməsində İsrailin başqa maraqları da var. Bunlar isə İsrailin hədəfdən çıxması və hədəf olaraq Azərbaycanın göstərilməsidir. Həqiqətən də İran gərginlik yaranan kimi Azərbaycana qarşı ən sərt addımların atılacağını bildirir və sərhəd bölgəsinə hərbi hissələr çıxarır. Bunu nəzərə alan İsrail bir tərəfdən özünü hədəfdən kənarlaşdırır. Digər tərəfdən isə bölgədə bir münaqişənin yaranmasını və bundan bəhrələnməyi düşünür. Çünki İrandan Azərbaycana bir güllə belə atılarsa İrana hərbi müdaxilə qaçılmaz olacaq. Başqa cür desək bu gün İsrailə sadəcə bəhanə lazımdır. Bu bəhanə üçün Azərbaycanın İran tapdağında belə qalmasına imkan verəcəklər.
Bəs belə olan təqdirdə Azərbaycan hansı
addımları atmalıdır?
Ekspertlər bildirir ki, Azərbaycan maksimum dərəcədə proseslərdən kənarda durmalı və əsasən Türkiyə ilə birlikdə addım atmalıdır. Bununla yanaşı hərbi məsələlərdə İranla informasiya əməkdaşlığına getməlidir. Səfər Əbiyevin İrana səfəri bu baxımdan uğurlu addım kimi dəyərləndirilir. Qeyd olunur ki, Azərbaycan heç bir halda İsrailin tam olaraq təsir altında qalmamalı və Türkiyə-İran-Azərbaycan xarici işlər nazirlərinin birgə imzaladığı sazişə sadiq qalmalıdır. Xatırladaq ki, həmin sazişdə tərəflər öz ərazilərindən sazişə imza atan digər dövlətə qarşı hər hansı əməliyyatın həyata keçirilməməsi öhdəliyi götürüb.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00