ABŞ-ın Nyu-York ştatında keçmiş məhkum yoldan keçən 92 yaşlı qadına hücum edib
Unikal.org xəbər verir ki, Nyu-Yorkun Manhetten şəhərində küçədə gəzən yaşlı qadın 31 yaşlı Raşid Brimmage adlı şəxsin hücumuna məruz qalıb.
Belə ki, Raşid yaşlı qadına anidən zərbə vurub, hadisə anı küçədə olan müşahidə kameralarına əks olunub. Zərbənin təsirindən yerə yıxılan qadın huşunu itirib.
Qısa zamanda cinayətkar şəxs polis tərəfindən saxlanılıb. Polis təcavüzkarın əvvəllər 100 ayrı cinayətə görə tutulduğunu söyləyib. Brimmagenin mart ayında etdiyi cinayətə görə polis tərəfindən saxlandığıda qeyd ounub.
Qeyd edək ki, yaşlı qadın xəstəxanaya yerləşdirilib. Həkimlər qadının müalicəsinin davam etdiyi açıqlayıb.