İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 87 nəfər vəfat edib.

Unikal.org xəbər verir ki, İranda koronavirusdan ölənlərin sayı 9 272 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 596 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 197 647 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 156 991 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2795 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.