Qazaxıstan Baş Nazirinin müavini Yeralı Toqjanov yeni növ koronavirusa (COVID-19) yoluxub.
Unikal.org xəbər verir ki, o, bu barədə “Facebook” hesabında məlumat verib.
Y.Toqjanovun sözlərinə görə, o özünütəcrid edib.
“Məndə koronavirus infeksiyasının asimptomatik forması aşkarlanıb. Daha tez sağalmaq və işə başlamaq üçün həkimlərin bütün göstərişlərinə əməl edirəm. Vətəndaşlarımızdan xahiş edirəm ki, tibbi maska taxsınlar, əllərini tez-tez yusunlar və digər gigiyenik qaydalara əməl etsinlər”, - Y. Toqjanov vurğulayıb.