Yük maşınları avtomagistralda digər avtomobillərə maneə törədib.

Unikal.org xəbər verir ki, həmin görüntülər Bakı-Qazax yolunda lentə alınıb. Belə ki, "KamAz" markalı yük avtomobili yolun sol zolağı ilə hərəkət edib və minik avtomobillərinin hərəkətinə maneə törədib.

Həmin sürücünün bunu etməklə sağ zolaqla hərəkət edən digər yük avtomobili ilə "yarışmağa" çalışıb.

Qeyd edək ki, yol hərəkəti qaydalarına əsasən, yük avtomobilləri yolun yalnız sağ zolağı ilə hərəkət etməlidirlər.

Murad İbrahimli