Bu gün Sumqayıt şəhərindən qanunsuz yollarla Xızı rayonuna keçmək üçün müxtəlif cəhdlər edilib.
Unikal.org xəbər verir ki, həmin şəxslər "Stansiya Sumqayıt" adlanan ərazidən torpaq yolla Xızı rayonuna getmək istəyiblər.
Qubadlı rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən icazəsi olmadan qeyd edilən rayona getməyə cəhd göstərən 5 sürücü aşkarlanıb. Onlar karantin rejimini pozduqları üçün İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə cərimə edilib və geri qaytarılıblar.
Murad İbrahimli