“Qəbul imtahanların onlayn keçirilməsi mümkün deyil”.
Unikal.org xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.
Onun sözlərinə görə, belə kütləvi imtahanın bir gündə kütləvi keçirmək qeyri-mümkündür:
“Qəbul imtahanları xüsusi bir yer üçün imtahan deyil ki, orada adam sayı az ola və onlayn keçirilə. Belə kütləvi imtahanın keçirilməsi üçün gərək dəfələrlə ölkəni sınaq imtahanına cəlb edərdik. Biz istəyirik ki, onlayn sınaq imtahanları davamlı keçirilsin və şagirdlərin vərdişləri olsun ki, belə imtahanlarda ola bilər”.
O qeyd edib ki, sentyabr ayından başlayaraq mütəmadi olaraq bütün fənlərdən onlayn sınaq imtahanları keçiriləcək:
"Amma bu imtahanlara 10 min nəfərə kimi şagird qoşula bilər. 20 min nəfərin qoşulması kifayət qədər texniki problem yarada bilər. Bunlar çox ciddi məsələlərdir. Onlayn imtahan demək deyil ki, kimsə şagirdi sorğu-suala tutusun və qiymətini yazsın. Burada ədalət prinsipi necə təmin olunacaq?”.