Xüsusi rejimli karantin dövründə deputat Novruz Aslanov rayona səfərlərlə yanaşı, mövcud vəziyyətə uyğun olaraq seçiciləri ilə telefon vasitəsilə də əlaqə saxlayır. İyunun 18-də İsmayıllı rayon sakinləri ilə növbəti belə qəbul keçirib.
Unikal.org xəbər, 11.00-17.00 aralığında millət vəkili ilə telefon vasitəsilə fərdi qaydada İsmayıllı rayon sakinləri əlaqə saxlayıb və ona problemləri barədə məlumat veriblər. Müraciət edənlərin hər biri qeydiyyata alınıb, bəzi məsələlər yerindəcə həllini tapıb, həlli zaman tələb edən məsələlərlə bağlı əlaqədar strukturlara müraciətin ediləcəyi nəzərdə tutulub.
Bldirək ki, hər həftənini IV günü İsmayıllı rayon seçiciləri Novruz Aslanovla telefon vasitəsilə əlaqə saxlaya bilərlər. Rayonda epidemioloji vəziyyətə uyğun olaraq millət vəkili İsmayıllı rayonuna səfərlər edərək seçicilərini qəbul edir və ehtiyaclı ailələrə ərzaq, qeyri-ərzaq yardımları edir.