İngiltərənin “Everton” klubunun futbolçusu Riçarlison “Barselona”dan təklif alıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə 23 yaşlı hücumçu özü açıqlama verib. O, mövsüm ərzində “Barselona” və “Mançester Yunayted”dən təklif aldığını deyib:

“Mövsüm ərzində bir çox təklif almışam. Bu klubların arasında “Barselona” və “Mançester Yunayted” də var idi. Ancaq klubum məni saxlamağa qərar verdi və mən də mövsümün ortasında ayrılmaq istəmədim.

Əlbəttə, “Barselona” kimi klubdan təklif almaq qürurvericidir. Çünki “Barsa” dünyanın ən böyük klublarından biridir”.

2018-ci ilin yayından “Everton”da çıxış edən Riçarlisonun müqaviləsi 2024-cü ilin iyununa qədərdir. Hücumçu Braziliya milli komandasının da üzvüdür.