Amerikanın məşhur aparıcısı və aktyoru Con Hersonun “Atalar günü”ndə yazdığı tvit ölkənin Melaniya Trampın qəzəbinə səbəb olub.

Bu barədə Unikal.org xarici KİV-ə istinadən xəbər verir.

Belə ki, aktyor özünün “twitter” hesabında  “Ümid edirəm ki, “Atalar günü”nü Barron atası hər kimdirsə, onunla keçirir” deyə paylaşım edib və bununla da Barronun Donald Trampın övladı olmasını şübhə altına alıb. 

Hersonun tviti Amerikanın birinci xanımının hiddətinə səbəb olub. Melaniya Trampın müşaviri Stefani Qrişam açıqlamasında az yaşlı uşaqların müzakirə obyekti olmasını qınayıb:“Təəssüf ki, Doland Trampın oğlu haqqında uyğun olmayan və qeyri-həssas şərhləri hələ də görürük”.