Dünyaya təsir edən koronavirus (Covid-19) səbəbiylə Bolqarıstanda qapalı ərazilərdə maska taxmaq qərarı qüvvəyə minib.
Unikal.org xəbər verir ki, Rila monastırına səfəri zamanı Bolqarıstanın Baş naziri Boyko Borisov müşayiət etdiyi heyət ilə qapalı ərazidə maska taxmadığı görüntülənib.
Belə ki, Baş nazir Borisovun monastıra səfəri zamanı maska taxmadığı anlar tənqidlərə səbəb olub. Cavabları nəzərə alaraq, Səhiyyə Nazirliyi, Baş nazir Borisonun və nümayəndə heyətinin inzibati səlahiyyətlərini, koronavirus tədbirlərini pozduğuna görə 300 leva (150 Avro) inzibati cərimə edilməsi əmrini verib.