Qırğızıstan prezidenti Sooronbay Ceenbekovun Rusiyaya səfəri zamanı idarə heyətindən bir nəfərdə koronavirus test nəticəsi müsbət çıxması ilə ölkəsinə geri qayıdıb.
Unikal.org istinadən xəbər verir ki, Prezident Mətbuat Mərkəzindən edilən yazılı açıqlamada, Ceenbekov və heyət üzvlərinin Qələbə gününün 75 illiyini qeyd etmələri üçün Rusiyaya getməzdən əvvəl COVID-19 sınağının keçirildiyi və test nəticələrinin mənfi olduğu xatırladılıb.
Bundan sonra, COVID-19 testini yenidən Moskvada edən nümayəndə heyətinin üzvlərindən olan Rəyasət Heyəti Xarici Siyasət Şöbəsinin müdiri Daniyar Sadiqovun koronavirus test nəticəsinin müsbət olduğu açıqlanıb.
Heyətində COVID-19 aşkarlandığı üçün Moskvada 75 illik Zəfər Bayramı qeyd etmələrində iştirak etməməyi qərara alan Ceenbekovun Qırğızıstana qayıdacağı və yeni test nəticələri çıxana qədər yəqin ki, 3 gün karantində saxlanılacağı qeyd edillib.