Növbəti həftə dünyada koronavirusa yoluxanların sayı 10 milyonu keçəcək.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, bu barədə Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
ÜST sədri qeyd edib ki, gələn həftə koronavirusa yoluxanların sayının 10 milyon nəfəri ötəcəyi gözlənilir.
Qeyd edək ki, hazırda dünyada koronavirusa yoluxanların sayı 9 milyon 418 min 699 nəfər, pandemiyadan ölənlərin sayı isə 481 min 355 nəfərdir.