Avstraliyanın Viktoriya ştatının rəhbərliyi son sutka ərzində koronavirusa yoluxma sayında kəskin artımla əlaqədar maddi-texniki dəstək üçün ölkənin Müdafiə Nazirliyinə müraciət edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, infeksiya ocaqlarında yerləşən karantin mərkəzlərində və tibb müəssisələrində kömək göstərilməsi üşün 300 nəfərin, o cümlədən hərbi həkimlərin ayrılması xahiş olunub.
Bu həftənin sonunadək Viktoriyada, eləcə də qonşu Yeni Cənubi Uels, Cənubi Avstraliya və Kvinslend ştatlarında 6 yeni karantin mərkəzi açılacaq.
Qeyd edək ki, bu günədək Avstraliyada 7 500-dən çox yoluxma qeydə alınıb, 103 nəfər ölüb.