Bir çox şirkət və ölkələr 9,3 milyondan çox insana yoluxan və 480 mindən çox insanı ölümünə səbəb olan koronavirusa (Kovid-19) qarşı dərman və vaksinlər hazırlamaq üçün mübarizə aparır.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Hindistandan ABŞ-a məxsus “Gilead” dərman firması tərəfindən hazırlanan “Remdesivir” dərmanının Kovid-19 ilə mübarizə həllində qalib gələcəyinin Hindistandan dərmanın qiyməti ilə bağlı açıqlama gəlib.
Hindistanda yerləşən Hetero Labs dərman şirkəti, “Remdesivir”in ümumi versiyasını istehsal etdiklərini və 100 milliqramlıq paketin 5400 rupi ya da 71 dollara (120 AZN) satışa çıxacağını açıqlayıb. 71 dollara satılacaq dərmanın ilk mərhələdə ölkədəki xəstəxanalara göndəriləcəyi ifadə edilib. Hindistanda yerləşən digər bir dərman şirkəti Cipla, “Remdesivir”in başqa bir versiyasını hazırladıqlarını açıqlayıb.
Şirkət hazırladıqları dərmanların Hetero Labs tərəfindən hazırlanan dərmandan daha ucuz satılacağını bildirilib.